Birliyin idarə heyətinin sədri Aydın Piriyevin sözlərinə bu dəfəki assambleya Azərbaycanın 2017-ci ildə Gənclər Paytaxtı seçilən Balakən şəhərində təşkil olunacaq. Layihə paytaxtla yanaşı Balakən, Zaqatala və Şəki gənclərini də əhatə edəcək.
Proqram çərçivəsində gənclərə şəxsi inkişaf, təhsil, iqtisadiyyatın ümumi əsasları, insan resursları, marketinq sahəsində treninqlərlə yanaşı intellektual yarışmalar təşkil olunacaq.
Assambleya 10, 11 və 12 noyabr tarixlərində həyata keçiriləcək.
Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi İnterpress.az saytıdır.
İnterpress.az