İnterpress.az xəbər verir ki, açıqlamada bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) Suriyada kimyəvi silah istifadəsini araşdıran ortaq missiya 4 apreldə Han Şeyhundakı kimyəvi hücumla bağlı istintaqı tamamlayıb.
Açıqlamada deyilir: “Suriya rejimi, Kimyəvi Silah Razılığı da daxil olmaqla beynəlxalq hüququ pozub. Bu xain hücumu qınayırıq və Suriya rejimindən tezliklə bütün kimyəvi silah istifadə edilməyinə son qoyulmasını, OPCW-yə bildirilməsini tələb edirik”.
Açıqlamada bildirilib ki, 2016-cı ilin sentyabrında Hələb yaxınlığındakı Um Huş bölgəsində sarin kimyəvi qaz hücumundan istifadə etmək məsuliyyətini İŞİD öz üzərinə götürmüşdü.
Qeyd edək ki, Han Şeyhun qəsəbəsindəki kimyəvi silah hücumu nəticəsində 100 nəfər həyatını itirib, 500 nəfər isə zəhərlənib. On minlərlə insan yaşadıqları qəsəbədə ərazinin kimyəvi çirklənmə və zəhərlənmə riskinə görə evlərini tərk ediblər.
İnterpress.az