Livan baş naziri Saad Həriri oğurlanıbbackend

Livan baş naziri Saad Həriri oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

Agentliyə açıqlama verən livanlı dövlət xadimi Həririnin Səudiyyə Ərəbistan tərəfindən ev həbsinə salındığını söyləyib. Adı açıqlanmayan hökümət nümayəndəsi agentliyin əməkdaşına bildirib ki, Həririnin Livana qayıtması üçün beynəlxalq ictimaiyyət Səudiyyə Ərəbistanına təzyiq göstərilməlidir.

Lakin, Səudiyyə Ərəbistanı və Haririnin köməkçiləri “ev həbsi” iddialarının yalan olduğunu söyləyirlər. Həriri isə mövzu ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, dünən BƏƏ-yə səfər edən Hariri yenidən Riyada qayıdıb.

İnterpress.az