\”Report\” xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib. \”Azərbaycan Dəmir Yolları\”nın Biləcəri Dəmir Yolu stansiyasında qatarların hərəkət tənzimləyicisi işləyən Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1970-ci il təvəllüdlü Sultanov İslam Ramazan oğlu intihar edib.
O, gecə saatlarında özünü dəmir yolu stansiyasının anbarında asıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
İnterpress.az