Bakı-Minvodı arasında sürət qatarı olacaqbackend

Bakı-Minvodı arasında sürət qatarı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya KİV-ə istinadən bildirir ki, layihənin əsas məqsədi turistləri vaxt itkisindən azad etməkdir. Belə ki, Bakıdan Mineralnıye Vodı şəhərinədək avtomobillə 10 saatdan artıq bir vaxt sərf etməklə çatmaq mümkündür. Yüksəksürətli qatarın işə düşməsi isə bu problemi aradan qaldıracaq. Beləliklə, turist axınının artırılmasına nail olmaq mümkündür.

Rusiya mətbuatının yazdığına görə, yeni nəqliyyatın fəaliyyət göstərməsində təkcə Rusiya tərəfi deyil, Azərbaycan da maraqlıdır: “Çünki bu layihənin reallaşması hər iki istiqamətdə turist səfərlərinin artmasına şərait yaradacaq”.

İnterpress.az