Flynn Güleni Türkiyəyə “qaçırmaq” barədə iddiaları rədd edirbackend

Flynn Güleni Türkiyəyə “qaçırmaq” barədə iddiaları rədd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

The Wall Street Journal (WSJ) qəzetinə əsasən, istintaq orqanları ABŞ-da yaşayan vaizin qaytarılması müqabilində general Flynn-ə 15 milyon dollar məbləğində ödənişin təklif olunduğu barədə iddiaları nəzərdən keçirir.
Rəsmi Ankara Fethullah Güleni keçən ilin iyul ayında baş vermiş hərbi çevriliş cəhdinin arxasında olmaqda günahlandırır.
Ötən il Türkiyə məhkəməsi Gülenin həbsinə dair order çıxarıb. ABŞ-da yaşayan ruhani ittihamları rədd edir və həbs qərarı ilə bağlı şərhində Türkiyənin məhkəmə sistemini tənqid edib.
Fethullah Gülen 1999-cu ildən bəri Pennsylvania ştatında yaşayır.
Trump-ın komandası \”Gülenin ABŞ-dan çıxarılmasını müzakirə edirdi\”
WSJ-nin məlumatına görə, Gülenin Türkiyəyə ötürülməsi barədə iddia edilən plan ötən ilin dekabr ayında New York-dakı \”21\” klubunda Flynn və Türkiyə nümayəndələri arasında müzakirə olunub.
Federal Təhqiqatlar Bürosu (FTB) müzakirələrdə iştirak etmiş 4 nəfərdən ifadə alıb. İddia olunur ki, görüş vaxtı Gülenin özəl təyyarə ilə PKK lideri Abdullah Öcalanın saxlanıldığı İmralı adasına çatdırılması müzakirə edilib.
Məqalədə vurğulanır ki, razılaşmanın əldə olunmasına dəlalət edən heç bir əlamət mövcud deyil.
Michael Flynn fevral ayında, ötənilki prezident kampaniyasına Rusiyanın iddia edilən müdaxiləsilə bağlı qalmaqal foununda, istefa verib. (bbc)

İnterpress.az