ABŞ prezidenti Şimali Koreya liderini “bəstəboy və gombul” adlandırıbbackend

ABŞ prezidenti Şimali Koreya liderini “bəstəboy və gombul” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Xarici İşlər Nazirliyi Trump-ı \”qoca\” adlandırdıqdan sonra, ABŞ prezidenti Twitter səhifəsində yazıb kı, o, Şimali Koreya lideri Kim Jong-un-a heç zaman \”bəstəboy və gombul\” deməyib.
Bundan əvvəl Trump Cənubi Çin dənizində sahilyanı dövlətlər tərəfindən irəli sürülən qarşılıqlı iddialarla bağlı könüllü olaraq vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.
\”Mən yaxşı vasitəçiyəm\”, – o deyib.
Çin, Vyetnam, Filippin, Tayvan (Çin Respublikası), Malayziya və Bruney arasında Cənubi Çin dənizində ərazilərə nəzarət iddiaları üstündə gərginlik mövcudur.
Özünü aradüzəldən kimi qələmə verən Donald Trump, Vyetnama səfəri zamanı, həmin gərginliyin aradan götürülməsinə yardım etməyə hazır olduğunu qeyd edib.

ABŞ prezidenti Şimali Koreya liderini "bəstəboy və gombul" adlandırıb

Trump-ın Şimali Koreya ilə gərginliyi isə dərinləşməkdə davam edir, hər halda Twitter-də davam edən söz atışmasında və rəsmi bəyanatlarda.
Şənbə günü Şimali Koreya Trump-ın Asiya turnesini pisləyərək, onun səfərini \”müharibə qızışdırıcısının səfəri\” kimi səciyyələndirib və yenidən onu \”havalı qoca\” adlandırıb.
Buna cavab olaraq Trump Twitter səhifəsində yazıb kı, o, Kim Jong-un-u heç zaman \”bəstəboy və gombul\” adlandırmayıb.
\”Mən onunla dostluq etməyə cəhd göstərirəm – ola bilsin ki, nə vaxtsa bu baş verər!\”, – Trump Twitter səhifəsində yazıb.

Bu arada isə, 3 ABŞ ABŞ təyyarədaşıyanı Sakit okeanın qərb hissəsində hərbi manevrlərdə iştirak edib.
Bu hazırlıq Şimali Koreyaya ünvanlanmış güc nümayişi kimi qiymətləndirilir.
Təlimdə Şimali Koreya və Yaponiya hərbi gəmiləri də iştirak edib.
Eyni zamanda prezident Trump Şimali Koreya ilə dostluq münasibətlərinin mümkünlüyünü istisna etməyib.
Vyetnamda təşkil edilmiş mətbuat konfransında Kim Jong-un ilə nə vaxtsa dost ola biləcəyi barədə suala ABŞ prezidenti belə cavab verib: \”Bu, qəribə görünə bilər, lakin bu, mümkündür\”. (bbc)

İnterpress.az