İnterpress.az xəbər verir ki, bu sözləri İranın birinci vitse-prezidenti İshaq Cahangiri bu gün keçirdiyi mətbuat konfransında bildirib.
İranın birinci vitse-prezidenti qeyd edib ki, İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırıldıqdan sonra münasibətlərin inkişafında intensivlik müşahidə olunur: \”Tərəflər siyasi və iqtisadi əlaqələri davam etdirmək niyyətindədirlər. Avropa şirkətləri İrana sərmayə yatırmağa hazırdırlar. Münasibətlər yüksələn xətlə inkişaf edir. Bütün bunlar Avropa İttifaqının Tehranda ofisinin açılmasını zərurətə çevirib”.
İnterpress.az