İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, Səudiyyə rəhbərliyi, iclasın gələn bazar keçirilməyini istəyir. Ancaq məsələ ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı ilə Ərəb Birliyi rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Körfəz ölkələri, İranı İraq, Livan, Yəmən və Suriyanı xaosa sürükləməkdə günahlandırır. Buna, 4 noyabrda Livanın Baş naziri Saad Həririnin istefa verməyi də misal göstərilib.
Həriri istefa çıxışında “Hizbullah” və İranın bölgədə xaos yaratdığını bildirərək, ona qarşı sui-qəsd olacağından narahat olduğunu dilə gətirib.
İnterpress.az