İnterpress.az xarici mətbuata istinadən məlumat verir ki, Ər-Riyaddakı Rits Karlton mehmanxanasında saxlanılan şahzadələrlə bağlı maraqlı bir hadisə baş verdiyi iddia edilib. Ərəb mətbuatında çıxan xəbərlərə görə həbs olunan 5 şahzadəyə həyat yoldaşlarıyla görüşmək imkanı tanınıb. Ancaq şahzadələr bu beş adın müəyyənləşdirilməsi üçün aralarında püşk atıb.Püşqdə şahzadə Əl-Vəlid bin Talalın da adı çıxıb. Talalın 2013-cü ildə boşandığı həyat yoldaşı Ameera ilə görüşdüyü bildirilib. Talalın uşaqlarının anası olması münasibətilə və uşaqlarına xəbər göndərməsi üçün Ameera ilə görüşdüyü iddia edilib.
İnterpress.az