Evlilik təklifini rədd edən sevgilisini vəhşicəsinə öldürdübackend

Evlilik təklifini rədd edən sevgilisini vəhşicəsinə öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən məlumat verir ki, Pensilvaniyada yaşayan 34 yaşlı Christopher Ryan Tucker adlı şəxs, 19 yaşlı sevgilisinə evlənmə təklifi edib. Amma gənc qadın “başqa kişilərlə yatıram” deyərək təklifi rədd edib. Cavabdan sonra özündən çıxan kişi sevgilisini boğaraq öldürdükdən sonra boynunu sındırıb və gözlərini çıxarıb, qadının cansız bədənini xalçaya bükərək qaçıb. Tucker İllinois şəhərində maşını xarab olduqdan sonra yaxınlıqda bir fermadan maşın oğurlamağa çalışarkən tutulub. Polis isə ölən qızın cəsədini tapıb. Qatil izahatında cinayəti boynuna alıb. Sevgililəri tanıyan bir şəxs isə Tuckerin davamlı olaraq psixoloji müalicə aldığını söyləyib.

İnterpress.az