Qaçqın və məcburi köçkünlərlə bağlı xərclər 50 faiz artırılacaqbackend

Qaçqın və məcburi köçkünlərlə bağlı xərclər 50 faiz artırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında \”Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında\” qanun layihəsinin müzakirəsi zamanı deyib.

A.Bayramov bildirib ki, gələn il qaçqınların və məcburi köçkünlərin sosial təminatına 487 milyon manat ayırmaq planlaşdırılır: \”Bu, 2017-ci illə müqayisədə 161 milyon manat və ya 49,5 faiz çoxdur\”.

Onun sözlərinə görə, bu vəsait, o cümlədən həmin kateqoriyadan olan vətəndaşların sosial ödənişlərinə, həmçinin qaçqın və məcburi köçkünlər üçün evlərin tikintisinə ayrılacaq.

İnterpress.az