“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, görüş noyabrın 14-də Moskvada keçiriləcək.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bir neçə gün əvvəl jurnalisltələr açılamasında noyabrın 16-da Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini bildirmişdi. O, Rusiyanın Azərbaycan və Ermənisran XİN başçılarına “üçtərəfli” (Azərbaycan, Ermənistan, Rusiya) görüş təklif etdiyini də demişdi.
Ancaq bu görüşün keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.
İnterpress.az