İnterpress.az-ın APA-ya istinadən xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini qeyd edib ki, apteklər bu dərmanların satışını həyata keçirərkən diqqətli olmalıdırlar: “Bu preparatların reseptsiz satışı ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində müəyyən müddəalar var. 2015-2017-ci illərdə sahibkarlığa kömək məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən də yoxlamalar aparılmırdı. Artıq Səhiyyə Nazirliyinə dərman preparatlarının dövriyyəsinə nəzarət olunması səlahiyyəti verilib”.
İnterpress.az