Ermənilər Baxı da “özəlləşdirdi” – VİDEObackend

Ermənilər Baxı da “özəlləşdirdi” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim \”kreativ\” qonşularımız bir az da irəli gedərək, Leonardo da Vinçinin anasının, Sezarın özünün və meymunun erməni olması barədə uydurmalara düşünməyə başladılar. Hətta Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin erməni kökənli olması barədə şayiələr yaymağa başladılar.

Ermənilərin sonuncu uydurması isə mətbuatda geniş əks-səda doğurdu. Moskvanın marioneti sayılan Marqarita Simonyanın rəhbərlik etdiyi Sputnik Armenia belə bir məqalə dərc edib. Məqalədə erməni violençel ustası Manuk Arutunyanın sayıqlamaları yer alıb.

\”Erməni və xarici musiqi alətlərinin tarixini öyrənərkən, mən bir daha əmin oldum ki, Ermınistan bütün xalqların musiqi alətlərinin vətəni sayılır. Hətta dünyada ilk insan da erməni olub. Son vaxtlar mən etnik musiqini öyrənməyə başlamışam. Bu musiqi ermənilər üçün xüsusən vacibdir. Kilsə musiqisinin əsasında klassik musiqi dayanır ki, bunu da ilk dəfə ermənilər nümayiş etdiriblər. Az əvvəl Almaniyada olarkən, mən Baxın erməni olmasını demişdim. Bu, almanların təəccübünə səbəb olmuşdu\”.

Arutunyan əmindir ki, Bax həqiqətən də əsl erməni olub: \”Mən Baxın əsərlərini ifa edərkən nəsə bir doğmalıq hiss edirəm\”.

İnterpress.az