Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, yeraltı təkanlar digər rayonlarda da hiss edilib.
“Ümumilikdə zəlzələnin gücü hardasa 6 bal olub. Zəlzələ orta güclü hesab edilir. Yeraltı təkanlar respublikanın çox rayonlarında hiss edilib. Ağcabədi, Beyləqan, Mingəçevir, Gəncə, Qəbələ, Şəki, Zaqatala rayonlarında da müşahidə edilib. Yeraltı təkanlar ətraf rayonlar üzrə 3-4 bal gücündə olub”, – deyə Q.Yetirmişli bildirib.
Alimin sözlərinə görə, yeraltı təkanlar 24 saat ərzində davam edə bilər: “Bundan sonra da afterşoklar davam edəcək. İnsanlar narahat olmasınlar. Zəlzələ dağıdıcı deyil”.
İnterpress.az