Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Növbəti zəlzələ noyabrın 16-da saat 02:02:27-də Bərdə ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Bəzi KİV-lərdə yayılan məlumata görə, zəlzələ nəticəsində qaçqın və məcburi köçkünlərin yaşadığı binada çatlar əmələ gəlib, sakinlər binadan təxliyə olunub.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov Modern.az-a açıqlama verib.
Qurum rəsmisi bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir:
“Bütün bunlar yalandır, qərəzdir. Yalan məlumat yaymaqla insanlarda narahatlıq və qorxu yaratmasınlar. Binada heç bir çat yoxdur, insanlar normal şəkildə öz evlərindədirlər”.
İnterpress.az