İnterpress.az xəbər verir ki, keçmiş vitse-prezident Emmerson Mnanqaqva ölkədə 5 illik müvəqqəti hökumət qurmağı planlaşdırır. Sonra isə prezident seçkiləri keçiriləcək.
Qərb mətbuatının xəbərinə əsasən ev həbsində olan prezident Robert Muqabe partiyanın fəxri lideri postunu tuta bilər.
General-mayor Sibusio Moyo deyib: \”Bu, hakimiyyətin ordu tərəfindən tutulması deyil. Zimbabve müdafiə qüvvələri ölkədəki siyasi, iqtisadi, sosial vəziyyəti stabilləşdirmək niyyətindədirlər. Əgər vəziyyət düzəlməsə, ciddi münaqişələr baş qaldıra bilər\”.
İnterpress.az