Komitə sədri aprel şəhidləri ilə bağlı məsələ qaldırdıbackend

Komitə sədri aprel şəhidləri ilə bağlı məsələ qaldırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Milli Məclisin noyabrın 17-də keçirilən iclasında parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, aprel döyüşlərində iştirak etmiş qəhrəman şəxslərin hər birinin həyatı böyük bir filmdir.

“Bu elə də böyük bir maliyyə deyil ki, televiziyalar bunu həyata keçirə bilməsinlər. Bununla əlaqədar televiziyalara müəyyən maliyyə yardımı ayrılmalıdır. Düşünürəm ki, bu ən vacib məsələlərdən biridir. Ermənilər bu gün hər bir istiqamətdən istifadə edirlər ki, Azərbaycana qara yaxsınlar. Aprel döyüşləri ilə bağlı onların xüsusi nəzəriyyəsi də var. Onu müxtəlif beynəlxalq təşkilatlarda qaldırmaq istəyirlər. Onlara layiqli cavablar verilir. Biz də ölkə daxilində bu məsələyə çox ciddi yanaşmalıyıq. Aprel döyüşləri Azərbaycan ordusunun, cəmiyyətinin gücünü, ölkə başçısının siyasi iradəsini göstərdi.
Mən düşünürəm ki, televiziyalar çox böyük diqqət ayrılmalıdır. İnanıram ki, yeni yaradılan qurum olan Reklam Agentliyi də bu məsələyə öz töhfəsini verəcək. Bu gün gənc nəsil böyüyür. Onlar bilməlidir ki, bizim belə qəhrəmanlarımız var. Təbii ki, bunu ruh yüksəkliyi ilə göstərmək lazımdır”.

İnterpress.az