İnterpress.az xarici mətbuata istinadən məlumat verir ki, Argentina sahillərində itən sualtı qayıqda 44 nəfər heyət üzvü var.
Uşuayya limanından Maar-del-Plata şəhərinə gedən sualtı qayıqla əlaqə kəsilib. Axtarışlara təyyarələr və gəmilər göndərilib. Qayıqla sonuncu dəfə noyabrın 15-də əlaqə yaradılıb. “San-Xuan” sualtı döyüş qayığında yanğın, yaxud hər hansı texniki problem yarandığı ehtimal edilir.
Qeyd edək ki, Almaniyada istehsal olunmuş və uzunluğu 66 metr olan “San-Xuan” sualtı döyüş qayığı 1985-ci ildə Argentina Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilib.
İnterpress.az