İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə İdarəsinin mətbuat xidməti bildirib.
Məlumata görə, toqquşma “Yay teatrı” adlanan ərazidə ağacların kəsilməsinə etiraz edən yüzlərlə piketçi və polis arasında baş verib. İnsident zamanı polis rəisi başından xəsarət alıb.
Mülki şəxslər arasında xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar iki maddə üzrə cinayət işi başlanıb.
İnterpress.az