Azacıq imkanı olanlar müxtəlif yollar tapıb xidmətə getmir, imkanı olmayanlar və məcburən xidmətə getməli olanlar isə hərbi hissələrini özbaşına tərk edirlər.
İnterpress.az xəbər verir ki, bu günlərdə sosial şəbəkələrdə daha iki erməni hərbçinin fərarilik etdiyi barədə məlumat paylaşılıb.
Əlahiddə artilleriya alayının kiçik çavuşu Qriqor Şahnazaryan və əsgər Vreji Qriqoryan xidmət yerini özbaşına tərk ediblər. Hər iki hərbi qulluqçu barəsində cinayət işi açılıb, axtarış elan olunub. (report)
İnterpress.az