Üz üçün maska
Əvvəlcə üzünüzə pilinq edin. Sonra yumurta sarısını və südü qarışdırın. Daha sonra üzünüzə sürtüb, üstünə nəm parça sərin. 15 dəqiqə saxlayıb, sonra pambıqla silin və yuyun.
Dodaq üçün maska
Bir çay qaşığı şəkər tozuna eyni miqdarda zeytun yağı töküb dodağınıza skrab edin.
Əllər üçün maska
2 ədəd kartofu qabıqlı qaynadıb sonra əzmək lazımdır. Sonra üzərinə yarı limonu sıxıb qarışdırmaq lazımdır. Sonra limonlu kartofu əlinizə cəkib salafana keçirmək lazımdır. Bir az gözləyib əllərinizi yuyun.
Vanna qəbul edin
Vannaya köpüş, dəniz duzu və efir yağları töküb bir neçə saat uzanın.
İnterpress.az