İnterpress.az Kulis.az-a istinadən xəbər verir ki, oğrular Türkiyənin Muğla şəhərində tarixi kitabı satmaq istəyərkən cinayət üstündə yaxalanıblar.
Belə ki, 700 yaşlı kitabın satılması xəbərini alan polis özünü müştəri kimi təqdim edərək, onlarla görüşüb və kitabı gətirənlər saxlanılıb.
Dörd nəfərdən ibarət olan cinayətkar qrupun müvafiq maddəyə uyğun olaraq cəzalandırılacağı bildirilib.
İnterpress.az