Saakaşvili baş nazir olmaq istəyirbackend

Saakaşvili baş nazir olmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bundan öncə dəfələrlə Ukraynada hər hansı vəzifənin ona lazım olmadığını bildirən M. Saakaşvili bu gün Kiyevdə Ali Radanın binası qarşısında keçirilən aksiyada Ukraynaya yeni hakimiyyətin lazım olduğunu deyib.
M. Saakaşvili birlikdə yeni hökuməti yaratmalı olduqlarını vurğulayıb: “Mən sizinlə birlikdə yeni prosesə rəhbərlik etməyə və əgər lazım olarsa, bu hökumətə başçılıq etməyə hazıram”.

M. Saakaşvili dekabrın 3-də “xalq impiçmenti”nə başlayacaqlarını bildirib: “Mən ölkəni gəzəcəm və insanları dinc mübarizəyə səsləyəcəm”.

İnterpress.az