Türkiyə Rusiya hava qüvvələrinə hava sahəsini açdıbackend

Türkiyə Rusiya hava qüvvələrinə hava sahəsini açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinə aid TU-154M nəqliyyat təyyarəsi Moskva yaxınlığındakı “Çkalovsk” hərbi bazasından havaya qalxdıqdan sonra Qara dəniz və Türkiyə üzərindən uçuşunu gerçəkləşdirərək Suriyanın Lazkiye ərazisində yerləşən Rusiya Hmeymim hava bazasına enib.
Rusiyanın TU-154M təyyarəsinin Müdafiə Nazirliyinə aid olmasına baxmayaraq kargo yükü daşımasını müşahidə edən hərbi mütəxəssislər “Türkiyə Rusiyaya hava sahəsini açsa da Suriyadakı terrorist hədəfləri bombardman edən hərbi təyyarələr yenə də İran və İraq hava sahələrini istifadə etməyə davam edir” deyə bildiriblər.

İnterpress.az