DSX mətbuat xidmətindən İnterpress.az-a bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qayıqda dənizə çıxmış balıqçıların xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb, balıqçı qayığının gecə saatlarında Çilov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyənləşib.
Axtarış-xilasetmə tədbirləri nəticəsində suda olan dirəyin üzərində aşkarlanan və icazəsiz olaraq dənizə çıxmış balıqçılar – Pirallahı rayon sakinləri Qurbanov Arif Umud oğlu və Məlikov Ramiz Tofikoviç xilas edilərək sahilə təxliyə ediliblər. DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən dənizdə yarıbatmış vəziyyətdə olan “PR-1960” bort nömrəli balıqçı qayığı da aşkarlanaraq sahilə çıxarılıb.
İnterpress.az