İnterpress.az xəbər verir ki, Hindistanın İsraillə imzalamağı planlaşdırdığı 500 milyon dollarlıq daşına bilən tank əleyhinə idarə olunan raket müqaviləsindən imtina edib.
Səlahiyyətli şəxslər bu qərarın yerli müdafiə sənayesinin inkişaf etdirilməsi üçün qəbul edildiyini bəyan edərək, Müdafiə Tədqiqat və İnkişaf Təşkilatından ordunun istifadəsi üçün raket istehsalı işlərinə başlanılması təlimatının verildiyi açıqlanıb.
Qeyd edək ki, iki ölkə arasında raket müqaviləsi ilə bağlı görüşlər 2014-cü ildən bəri davam edirdi. Bu müqaviləyə görə, İsrail şirkəti Rafael ilə Hint Kalyaninin birgə reallaşdıracağı layihə ilə Hindistan ordusu üçün daşına bilən tank əleyhinə idarə olunan raket istehsal ediləcəkdi.
İnterpress.az