Bakıda zavodda partlayış – Ölən və yaralanan var – YENİLƏNİBbackend

Bakıda zavodda partlayış – Ölən və yaralanan var – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakının Qaradağ rayonunda baş vermiş partlayışda ölən şəxsin kimliyi müəyyənləşib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Lökbatan qəsəbəsi yaxınlığında (qəbiristanlığın kənarında) yerləşən alimunium məhsulları müəssisəsindəki partlayışda ölən şəxsin oranın işçisi Məmmədov Bəhmən Heydər oğlu olması dəqiqləşib. Onun meyiti morqa aparılıb və daha sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və araşdırmalar davam etdirilir.

***

İnterpress.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11.00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Hazırda hadisə yerində araşdırma aparılır.

İnterpress.az