İnterpress.az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, nazirlərin görüşü İstanbul Prosesi çərçivəsində Bakıda keçiriləcək 7-ci nazirlər konfransından əvvəl baş tutacaq.
Qeyd edək ki, “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı 30 noyabr – 1 dekabr 2017-ci il tarixində Bakıda keçiriləcək.
İnterpress.az