Bakı və Abşeronda tozun miqdarı sanitar normadan yuxarıdırbackend

Bakı və Abşeronda tozun miqdarı sanitar normadan yuxarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 21 noyabr 2017-ci il tarixində səhər saat 9.00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə ölkə ərazisinə daxil olub.

İnterpress.az