Vaşinqtonun qara siyahısına daxil edilən mətbəələrdən ikisinin Almaniyada fəaliyyət göstərməsi diqqətdən qaçmayıb.
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xəzinə Nazirliyinin etdiyi açıqlamada İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrini saxta Yəmən realı hazırlayaraq dəstəklədiyi 6 şəxs və quruma sanksiya tətbiq edəcəyini bildirib.
Açıqlamada geniş miqyaslı fırıldaqçı qrupun çap etdikləri saxta pullarla İran İnqilab Keşikçiləri Ordusunun başda Avropa və Körfəz ölkələri olmaqla dünyadakı şirkətlərdən Qüds Qüvvələrinin xeyrinə məhsul aldığı iddia edilib.
Sanksiya tətbiq edilən şirkətlərdən ForEnt Technik və Printing Trade Centerin Almaniyada fəaliyyət göstərdiyi məlum olub.
İnterpress.az