İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
O bildirib ki, qüsurlu övladı olan ana ona baxmaq üçün işləməmək məcburiyyətindədir: “Düzdür, dövlət tərəfindən qüsurlu uşaqların xəstəliklərinin dərəcələrinə uyğun müavinət verilir, yardım göstərilir”.
Deputat qeyd edib ki, qüsurlu uşaqlara baxan analara mənəvi dəstəklə yanaşı maddi dəstəyin də göstərilməsinə ehtiyac var: “Təklif edirəm ki, həmin uşaqların valideynlərinə də müavinət verilsin”.
İnterpress.az