İnterpress.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, əhalinin artımı nəzərə alınaraq səhiyyə xərcləri artırılmalıdır: “Bunu sabiT saxlasaq və ya azaltsaq, problemlər olacaq”.
Komitə sədri bildirib ki, onkoloji preparatların alınması üçün vəsaitlər ayrılır, lakin həmin preparatlar çox bahalıdır: “Bədxassəli şişlərin müalicəsi üçün də əlavə vəsait ayrılmalıdır. Nəzərdə tutulan vəsait azdır”.
İnterpress.az