Dəyişikliklə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsində inzibati vəzifələrin birinci təsnifat sırasından çıxarılıb.
İnterpress.az xəbər verir ki, müvafiq sərəncamın qüvvəyə minməsi ilə prezident İlham Əliyevin 29 noyabr 2012-ci ildə imzaladığı digər sərəncamla PA rəhbəri Ramiz Mehdiyevin müavini təyin olunmuş 4 siyasətçi – Zeynal Nağdəliyev, Novruz Məmmədov, Əli Əsədov və Vahid Əliyev vəzifələrini itiriblər.
İnterpress.az