İran İnqilab Keşikçilərindən Makrona cavab: “Çox gənc və təcrübəsiz”backend

İran İnqilab Keşikçilərindən Makrona cavab: “Çox gənc və təcrübəsiz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İran İnqilab Keşikçiləri komandiri Əli Cəfəri Suriyadakı atəşkəs və Livanda davam edən gərginlik ilə bağlı açıqlama verib. Açıqlamada Cəfəri İnqilab Keşikçilərinin Suriyadakı atəşkəsdə aktiv bir rol oynayacağını vurğulayıb. O, İsrail və Səudiyyə Ərəbistandan gələn Livanda iqtidara şərik olan Hizbullahın tərksilah olunması istiqamətindəki tələblər üçün “razılıq əldə oluna bilməz” ifadələrini işlədib.

Cəfərinin hədəfində Fransa prezidenti Emmanuel Makron da var idi. İranın raket proqramının məhdudlaşdırmasını istəyən Makrona cavab verən Cəfəri bu tələbi rədd edərək Makronun “çox gənc və təcrübəsiz” olduğunu qeyd edib.

İnterpress.az