İnterpress.az-ın məlumatına görə, Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül Birləşmiş Ştatların ünvanına belə açıqlama ilə çıxış edib. O bildirib ki, Ankara FƏTÖ terror təşkilatı liderinin təhvil verilməsi üçün Vaşinqtona rəsmi qaydada 7 dəfə müraciət edib.
Sonuncu tələb Amerika tərəfinə noyabrın 3-də ünvanlanıb. “Türkiyə beynəlxalq anlaşmalara, həm də ikitərəfli müqavilələrə uyğun olaraq, Gülənin ektradisiyasını tələb etməkdə haqlıdır. Biz bu istiqamətdə addımın atılmamasını cinayətkarın müdafiəsi kimi qəbul edirik”.
İnterpress.az