İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda heç bir layihədə yer almayan aktrisa güclü soyuqlayıb. Bir neçə gündür qızdırması düşməyən Bensunu sevgilisi Hakan Baş xəstəxanaya aparıb. 2 saata yaxın sistemə qoşulan Soralı Hakan tək buraxmayıb.
Çıxışda jurnalistlərin suallarını cavablandıran aktrisa: “Bir az üşüdürdüm, qızdırmam var idi. Hazırda yaxşıyam, evə, dincəlməyə gedirəm”, – deyə açıqlayıb.
Qeyd edək ki, Sorala ötən ay Praqada evlilik təklifi edən Baş: \”Gələn il evlənəcəyik. Amma dəqiq tarix bəlli deyil\”, – deyə söyləyib.
İnterpress.az