İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Feyza Çıpa ilə eşq yaşayan sənətçi səhhətinin yaxşı olduğunu deyib: “Müalicəm 2-3 ay davam edəcək. Ağrıkəsicilərlə yaşayıram. Feyza da, sağ olsun, mənə yaxşı baxdı. 2018-ci ilin yayında özümüzə toy edəcəyik”.
Qeyd edək ki, Kutsi ilə Feyza 4 il sevgili olub. Müğənni Kutsi, Feyza üçün 7 illik həyat yoldaşı, 2 qızının anası Sinem Bayraktutardan 2015-ci ildə boşanmışdı.
İnterpress.az