İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Muzenko bildirib.
\”Bizim tərəfimizdən bütün siyahı təqdim edilib, hər şey razılaşdırılıb, yalnız siyasi bir qərarı gözləyirik. Silahların verilməsi bütün ölkələr üçün, o cümlədən NATO üzvü olan ölkələr üçün Ukraynanın verə biləcəyi aydın bir siqnal olacaq \”, – deyə Muzenko Tiden.ua nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfinin ABŞ-a təqdim etdiyi siyahıda hava müdafiə sistemlərinin, hava kəşfiyyatının, habelə antitank silahlarının tədarükü yer alır. Bunlar Silahlı qüvvələr üçün vacibdir:
\”Biz hələ ki, bunlarla özümüzü təmin etmək gücündə deyilik. Bizə xüsusilə zirehli tibbi maşınlar da lazımdır\”.
İnterpress.az