İnterpress.az “A24.az”-a istinadən bildirir ki, bu haqda “Washington Post” qəzeti yazıb.
Ötən gün Donlad Trampla Ərdoğan arasında YPG-yə silah daşınması daxil olmaqla Suriyadakı vəziyyətin müzakirə olunduğu telefon danışığı başda ABŞ mediası olmaqla, Qərb mediasında da böyük müzakirələrə səbəb olub.
Həmin yazılardan biri də “Washington Post” qəzetində yer alan “Tramp Türkiyənin dəstəyini istəyir” başlıqlı yazı olub.
Tramp administrasiyasının YPG-yə silah daşınmasının dayandırılması, Suriyadakı vəziyyətin düzəlməsi və Rusiya-İran yaxınlaşmasını qırmaq üçün Türkiyə ilə yaxınlaşmaq istədiyi irəli sürülüb.
Bundan başqa YPG-yə görə Türkiyəni itirmək məqamına gələn ABŞ-ın bölgədə zəifləməyə başlamasından dolayı yenidən Türkiyəylə münasibətlərini yaxşılaşdırmaq kimi şərh edilir.
“Washington Post” qəzeti bildirib ki, Türkiyə silah daşınmasının dayandırılacağı ilə bağlı ilk açıqlamanı verəndə Amerika Təhlükəsizlik Şurası təəccüblənib. Daha sonra Ağ Ev verdiyi açıqlama ilə arada yaranan qeyri-müəyyənliyi rəsmi şəkildə aydınlaşdırıb və bu qərarın verildiyi ortaya çıxıb.
Bundan başqa qəzet, Suriyalı kürdlərə silah dəstəyinin dayandırılması haqqında qərarın ABŞ ilə Türkiyə arasında vacib sayılan gərginliyin aradan qaldırılmasına, lakin PKK və silahlılarını hirsləndirə biləcək addım olacağını bildirib.
İnterpress.az