Qəbələdə ağır qəza: 2 gənc öldübackend

Qəbələdə ağır qəza: 2 gənc öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 01:00 radələrində Oğuz-Qəbələ yolunda, Qəbələnin Zarağan kəndində Bakı şəhər, Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlunun idarə etdiyi \”Toyota Rav 4\” markalı 90-NB-811 dövlət nömrə nişanlı avtomobillə Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlunun idarə etdiyi \”VAZ 2107\” markalı, 66-BV-214 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə S. İsmayılov və sərnişini, 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az