Təhlükəsizlik Xidməti rəisinin oğlu “VTB Azərbaycan”ın rəhbəri oldubackend

Təhlükəsizlik Xidməti rəisinin oğlu “VTB Azərbaycan”ın rəhbəri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Modern.az-a “VTB Azərbaycan”-dan məlumat verilib.

Denis Aleksandroviç 20 ildən artıqdır ki, bank sahəsində və bu müddətin 11 ilini VTB Qrupda çalışır. O, ali təhsilini Sankt-Peterburq İqtisadiyyat və maliyyə universitetində alıb və 1996-cı ildə universiteti “milli iqtisadiyyat” ixtisası üzrə bitirib.

Aleksandroviç Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin qəyyumluq və “Leninqrad vilayətinin ticari-sənaye palatası” Assosiasiyasının şuralarına daxildir.

Qeyd edək ki, Denis Bortnikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikovun oğludur.

İnterpress.az