Sərxan Həşimov korporasiyanın biznesinin Türkmənistan və Tacikistanda inkişafı məsuliyyətini də üzərinə götürüb. İnterpress.az xəbər verir ki,
bu barədə \”Microsoft Azerbaijan\” şirkətinin yaydığı məlumatda bildirilir. Onun əsas vəzifələri \”Microsoft\”un biznesinin Türkmənistan və Tacikistanda inkişafı, o cümlədən bulud texnologiyaları sahəsində, əsas tərəfdaşlar və sifarişçilərlə işgüzar əlaqələrin qorunub saxlanması, həmçinin dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın inkişafı və nümayəndəliyin komandasına rəhbərlik etməsindən ibarətdir. \”Türkmənistan və Tacikistan bazarları bizim şirkətin bulud və mobil texnologiyaları, platforma həlləri və birgə iş üzrə vəsaitlər kimi prioritet istiqamətlərini uğurlu inkişaf etdirməsi üçün lazımi xüsusiyyətlərə malikdirlər. Əminəm ki, missiyamızı icra edərək – insanlara və təşkilatlara daha çox nailiyyət qazanmaqda yardım göstərərək biz ölkə iqtisadiyyatına və cəmiyyətin inkişafına öz töhfəmizi verə biləcəyik\”, – deyə Sərxan Həşimov bildirib.
İnterpress.az