İnterpress.az Hurriyyet.org-a istinadən xəbər verir ki, baş nazirin üzr istəməsinə səbəb balıqçıya səsini qaldırması olub.
Bazar ertəsi Prayut Patannidə ölkənin cənubdakı problemləri ilə bağlı səfər çərçivəsində yerli camaatla görüşüb.
Görüş zamanı bir neçə nəfərin xorla müraciət etməsi baş naziri əsəbləşdirib və o, müraciət edənlərə səsini qaldırıb. Onlar arasında sosial problemlərini baş nazirlə bölüşmək istəyən balıqçı da olub.
O hökumətin balıqçılıq sahəsinə nəzarət, dənizə 220 gündən artıq girmək olmaz yasaqları ilə bağlı şikayətlənib və bildirib ki, bu qadağalar balıqçıların gəlirini azaldıb.
Baş nazir onun ucadan danışmasını kobudluq kimi qəbul edərək “Mənə qışqırmaq lazım deyil, təzyiq göstərmək lazım deyil! Hökumət onsuz da sizi dinləməyə və problemlərinizi anlamağa hazırdır”, – deyə təpki verib.
Tailandda hətta mübahisə zamanı insanların bir-birinin üstünə qışqırması ciddi təhqir sayılır.
Bütün bunları nəzərə alan baş nazir üzrxahlıq edib: “Baş nazir Pattanidə balıqçı ilə hörmətsiz danışdığı üçün təəssüf edir. Amma bununla yanaşı, balıqçılıq üçün qoyulan yasaqlara anlayışla yanaşmasını xahiş edir.
Balıqçının şikayət etdiyi məsələlər dövlət orqanlarına çatdırılacaq”.
İnterpress.az