Çox yaşamaq istəyirsinizsə,  kitab oxuyun!backend

Çox yaşamaq istəyirsinizsə, kitab oxuyun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın Yale Universitetində aparılan tədqiqatlar nəticəsində kitab oxumaqla uzun ömürlü olmaq arasında müsbət əlaqə kəşf edilib. Buna görə də, kitab oxuyan insanlar oxumayanlarla müqayisədə , təxminən 2 il daha uzun yaşayırlar.
50 yaşdan yuxarı 3635 nəfər üzərində aparılan müşahidə zamanı həftədə 3.5 saat və ya daha çox kitab oxuyanların, heç kitab oxumayanlarla müqayisədə daha uzun ömürlü olduğu sübut olunub. Bundan əlavə, həmin statistik qiymətləndirmələrin heç bir irq, təhsil və cinsiyyətlə əlaqəli olmadığı da bildirilib. Hansı millətdən, cinsdən olursuz olun, təhsil səviyyəniz nə olursa olsun, kitab oxuyursunuzsa uzun yaşamaq ehtimalınız daha çoxdur.

İnterpress.az