İnterpress.az xəbər verir ki, bunu İKT üzrə ekspert, AMEA-nın elmi işçisi Cahid İsmayıloğlu bəyan edib.
“Bu gün informasiya təhlükəsizliyinin təmin olunması mühüm məsələ kimi qarşıda durur. İndi bütün dünya dövlətləri informasiya təhlükəsizliyinin təmin olunması üçün yollar axtarır, bu sahədə davamlı tədbirlər həyata keçirir. Cəmiyyətdə informasiya ən mühüm resurs sayılır. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır.”
“Mərkəzin qarşıda duran əsas hədəfi internetdə Milli Kontent Problemini tamamilə aradan qaldırmaqdır. Fəaliyyət planı tam hazırdır.”
İnterpress.az