İnterpress.az xəbər verir ki, komissiya sənədə mənfi rəy verib. Amma cəmi bir deputatın səsini qazanan bəyanat layihəsi plenar iclasın müzakirəsinə çıxarılacaq.
Avrasiya İqtisadi İttifaqını 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus yaradıb. 2015-ci ildə Ermənistan və Qırğızıstan da bu quruma daxil olublar.
Müxalif “Çıxış” blokunun hazırladığı bəyanat layihəsində qeyd olunur ki, Avrasiya İqtisadi İttifaqına üzv olduğu 3 il ərzində Ermənistanın ümumi daxili məhsulu dollar ekvivalentində 8% azalıb, əhalinin məşğulluq səviyyəsi 13% düşüb, beynəlxalq ehtiyatların 40%-i əriyib, dövlət borcu 10% artıb.
Layihədə investisiyaların həcmində də azalma olduğu vurğulanır, həmçinin qeyd edilir ki, Avrasiya İqtisadi İttifaqına üzvlük Ermənistanda 900 adda malın bahalaşmasına yol açır. “Çıxış” Ermənistan parlamentində 9 mandatla təmsil olunur. Bloka Vətəndaş Sazişi Partiyasının lideri Nikol Paşinyan rəhbərlik edir. (novator.az)
İnterpress.az