İnterpress.az Türkiyə mətbuatına istinadən məlumat verir ki,
ABŞ prezidenti Trampın şəxsi twitter hesabı keçən həftələrdə 11 dəqiqəlik qapalı qalıb. Buna səbəb olan şəxsin türk əsilli Almaniya vətəndaşı Bəxtiyar Duysak olduğu məlum olub. Məsələ ilə bağlı ilk dəfə danışan Duysak tələbə vizası ilə ABŞ-da yaşadığını və twitterda müştərilərə dəstək şöbəsində çalışdığını bildirib.
Duysak açıqlamasında Trampın hesabını dondurmasının səhv nəticəsində baş verdiyini açıqlayıb.
İnterpress.az