İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov İƏT üzv dövlətləri Jurnalistlər Assosiasiyasının və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə \”İslam həmrəyliyinin güclənməsində medianın rolu\” adlı dəyirmi masada çıxışı zamanı deyib.
Bəhruz Həsənov qeyd edib ki, Misir xalqı bu natamamlığın ucbatından münaqişə ilə tam təsəvvürə malik deyil. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan və Misir mətbuat nümayəndələri geniş əməkdaşlıq mühitinin yaradılmasına nail olmalı, qarşılıqlı səfərlərin sayı çoxaldılmalı, koordinasiya mərkəzi yaradılmalıdır.
Prezident Adminstrasiyasının rəsmisi deyib ki, Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Azərbaycan İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir. Bu gün İslam dünyasının birliyə, mütəşəkkilliyə daha çox ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi xüsusi önəm kəsb edir.
Dəyirmi masada Mərakeş Krallığı, Fələstin və Səudiyyə Ərəbistanının Azərbaycanda akkreditə olunmuş səfirləri çıxış edərək, İslam Həmrəyliyinin əhəmiyyətindən Azərbaycan nümunəsinin özəllilklərindən, mediada işıqlandırılmasından və medianın rolundan danışıblar.
Qeyd edək ki, ərəb dünyasının qabaqcıl ölkələrindən olan Misir Ərəb Respublikasının aparıcı media nümayəndələri İslam Həmrəyliyi ili çərçivəsində ölkəmizdə keçiriləcək “İslam Həmrəyliyi və Media” konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdədirlər. Onlar sırasında Misirin tanınmış aparıcıları, qəzet redaktorları və media təşkilatlarının rəhbərləri var.
Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Asossiasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşdiriləcək səfər çərçivəsində ərəb jurnalistlərin Azərbaycan və onun regionları haqqında, ölkəmizin ictimai həyatı, mədəniyyəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə daha geniş məlumatlandırılması, habelə Misir Ərəb Respublikası və Azərbaycan mətbuatı arasında birbaşa əlaqələrin yaradılması, ikitərəfli əlaqələrin inkişafında səylərin gücləndirilməsi planlaşdırılır.
Səfər dekabrın 3-dək davam edəcək.
Səfər çərçivəsində Misirli media təmsilçilərinin cəbhə bölgəsinə səfər etməsi də nəzərdə tutulur.
İnterpress.az